Palçıq vulkanı

vulkan palçığı materialarından təşkil olunmuş zirvəsində krateri olan yastı konus formalı təpə. Fasiləsiz və yaxud vaxtaşırı qaz, vulkan palçığı, suxur qırıntıları, su (bəzən neftli) püskürür. P.v. mənşəcə neft və ya qaz yataqları ilə əlaqədar olub, əsasən cavan qırışıqlıq zonalarında yayılmışdır.
Paker
Parafin
OBASTAN VİKİ
Palçıq vulkanı
Palçıq vulkanları – maqmatik mənşəli vulkanlara nisbətən məhdud sahələrdə yayılmışdır. Onlar adətən neftli – qazlı sahələrlə üst – üstə düşür. Məhz bu fakta əsaslanaraq palçıq vulkanlarının neft – qaz yataqları ilə mənşəcə yaxın olması müddəası irəli sürülür. Buna görə də palçıq vulkanlarının və eləcə də neft – qaz yataqlarının yayıldığı sahələr maqmatik mənşəli vulkanların yayıldığı sahələr kimi geniş deyil. Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanda, əsasən, Cənub-Şərqi Qafqazda yerləşir. Ümumilikdə dünyanın 42 ölkəsində palçıq vulkanı aşkar edilmişdir. Palçıq vulkanlarının mənşəyi haqqında ilk dəfə H.V.Abix fikir söyləmişdir. O, belə bir nəticəyə gəlmişdir ki, palçıq vulkanları səthə çıxmaq üçün lazım olan istilik enerjisini – maqmadan, brekçiya əmələ gətirən qırıntı süxurlarını – yarılma (qırılma) zonasından, suyu – dənizdən, qazı – bitumlu süxurlardan, palçıq vulkanlarının fəaliyyətinin başlanması üçün lazım olan impulsları isə zəlzələlərdən alır. Digər geoloq – alimlər palçıq vulkanlarının əsas yaranma səbəbini geodinamikada – qırışlar, boşluqlar və çatların yaranması və inkişafı ilə əlaqələndirirlər. Neftçi – geoloqların fikrincə isə palçıq vulkanları neft yataqlarında toplanmış karbohidrogen qazlarının ifrat təzyiqi nəticəsində yaranır.
Abix palçıq vulkanı
Abix palçıq vulkanı- Bakı şəhərindən 12 kilometr şimalda,Keyrəki vulkanından qərbdə yerləşir və sonuncudan çökəkliklə ayrılır. Uzun müddətdir püskürmür. Abşeron yarımadasında və Xəzərdə olan palçıq vulkanlarını öyrənmiş, Azərbaycanın geoloji quruluşuna və 1859-cu il Şamaxı zəlzələsinə aid əsərlər yazmış alman geoloqu, Peterburq Elmlər Akademiyasının akademiki German Vilhelm Abixin (1806–1886) şərəfinə adlandırılmışdır. Memorial toponimdir.Krater sahəsi hamarlanmış, xeyli geniş bir meydançanı tutub, yaşılımtıl sopka şlamı ilə örtülüdür. Abix vulkanının iki krateri vardır. Bunlardan biri-qədimi diametri 170 metr olan hamarlanmış sahə şəklindədir. Digəri isə nisbətən cavan olub,yalnız şimal-qərb bəndi mühafizə olunmuşdur. Vulkan üçün uzun müddət sakitlik dövrü keçirir və onun püskürmə fəaliyyəti Keyrəki vulkanına nisbətən çox zəifdir. Keyrəki və Abix vulkanlarının palçıq örtüyünün tutduğu sahənin eni 700 m, uzunluğu isə 1100 metr olub, 0,8 kvadrat kilometr təşkil edir. == Mənbə == Yusifov Elman.Bioloji müxtəliflik:Abşeron yarımadasının təbiət abidələri- Bakı:Nurlar NPM,2007.
Atbatan palçıq vulkanı
Abşeron yarımadasının şimal-qərb hissəsində, Pirəkəşkül N saylı hərbi-hissəsindən 3 km cənubda, şose yolunun sol tərəfində yerləşir. Dəniz səviyyəsindən yüksəkliyi 130–140 m-dir. Səthin forması və xarakteri ilə bərabər palçıq vulkanlarının ölçülərinə təsir edən digər faktorlar püskürülmüş brekçiyanın miqdarından, konsistensiyasından da asılıdır. Vulkanın morfologiyasını dəyişdirən digər şərtlər əraçinin iqlim şəraiti və hidrogeoloji rejimidir. Günəş şüasının və küləklərin təsiri ilə baş verən buxarlanma, atmosfer yağıntıları səthdə kəskin çatların, eroçiya kəsiklərinin yaranmasına səbəb olur. Zaman keçdikcə bu kəsiklər dərin yarğanlara çevrilir. Belə dərin yarğanlar Otman Bozdağı üçün çox xarakterikdir. Bəçən kraterdə yaranan salza və qrifonlardan çıxan iri həcmli su kütləsi onun yamaclarının parçalanmasına səbəb olur. Belə vəziyyət Şonqar palçıq vulkanında müşahidə edilir. == Mənbə == Yusifov, Elman.
Ayrantökən palçıq vulkanı
Ayrantökən palçıq vulkanı — Bakıdan 65 km cənub-qərbdə, Atbulaq d/y stansiyasından 4.5 km şimal-şərqdə yerləşir və nisbi hündürlüyü 190 m olan uzanan yayladır. Morfoloji əlamətlərinə görə ovalığa oxşar formadadır. Cənub yamacı boyunca 1964–1990-cı il püskürmələrinin brekçiya axını müşahidə olunur. 1.5 km uzunluğunda və 200 m enində "dillər" 1964-cü il püskürməsi zamanı düzənliyə axmışdır. Yüksəklik sahəsində 4 vulkan təzahürləri vardır ki, bunlardan biri strukturun cənub-qərb hissəsində yerləşir və neftli qrifonları təşkil edir. Digəri, sopka və qrifonların böyük qrupu indiki kraterin şimal- qərbində yerləşir və çoxlu sayda aktiv fəaliyyətli mikroformalara malikdir; sopkaların hündürlüyü 5–10 m-ə çatır. Krater sahəsinin ətrafında uzunluğu 700–800 m, dərinliyi 2–3 m olan bir neçə iri çatlar vardır. Kraterin mərkəzində brekçiyanın parçalanması müşahidə olunur. Brekçiyanın ümumi həcmi 500 mln. m³, örtük sahəsi isə 805 ha-dır.
Ağtəpə palçıq vulkanı
Ağtəpə palçıq vulkanı — Bakının Qaradağ rayonu ərazisində yerləşən vulkan. == Ümumi məlumat == Vulkandan cənubda Torağay palçıq vulkanı yerləşir.
Ağzıbir palçıq vulkanı
Ağzıbir palçıq vulkanı — eyni adlı dağ silsiləsində Ağzıbir vulkanlar qrupuna aiddir. Burada Ağzıbir, Aralıq, Dovşandağ palçıq vulkanları diqqəti cəlb edir. Bu vulkanlar Azərbaycanın cənubunda, cənub-şərqi Şirvan düzünün sahil zolağında, Ələt dəniz körpüsü stansiyasından 15–20 km cənub və cənub-qərbdə yerləşir. Ağzıbir iri vulkan olub, 120 m yüksəkliyə malik, eyni adlı dağ silsiləsinin şimal-qərb hissəsinin kənarında yerləşmişdir. Vulkanın krateri Bozdağ dağının zirvəsindədir. Onun yamaclarının düşmə bucaqları müxtəlifdir, müxtəlif dərəcədə də parçalanmaya məruz qalmışlar. Şimal yamacı – ən çox yastı və hamar, qərb və şərq yamacları isə daha dikdir. Vulkanda 3 püskürmə – 1964, 1978 və 2002-ci il püskürmələri qeydə alınmışdır. Vulkan brekçiyası ilə örtülən sahə 514 ha, orta qalınlıq 80 m, kütlənin həcmi 410 min m³-dir. Krater sahəsində bir neçə qaz, su, palçıq çıxaran qrifoncıqlar vardır.
Babazanlı palçıq vulkanı
Babazanlı palçıq vulkanı - Salyan rayonu ərazisində, Kürün sol sahilində yerləşən vulkan. == Ümumi məlumat == Vulkandan cənubda Duzdağ gölündən şimaldadır.
Bahar palçıq vulkanı
Bahar palçıq vulkanı, Ələt burnu - Azərbaycan Respublikasında palçıq vulkanı. Qaradağ rayonu ərazisində, Ələt burnundadır. İki sopka qrupundan ibarətdir. Bəzi sopkaların nisbi hündürlüyü 8-10 metrə çatır. Vulkanların salz və qrifonlarından qaz, palçıq və neftli su çıxır. Son dəfə 1967-ci il 20 martda püskürmüşdür. Bu zaman alov sütunu vulkandan 150 metr hündürlüyə qalxmış, sopka brekçiyası böyük əraziyə yayılmışdır. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, III cild, Bakı,2011, səh.41-42.
Bəndovan palçıq vulkanı
Bəndovan palçıq vulkanı — Vulkan Bakıdan 80 km cənub-qərbdə, Xəzər dənizi sahilində yerləşir. Morfoloji cəhətdən oturacağının diametri 2 km-dən çox olan dağdır. Yamacları, xüsusilə, şimal-şərq və cənub-qərb yamacları dərin yarğanlarla parçalanmışdır. Mütləq hündürlüyü 47 m, nisbi hündürlüyü isə 87 m-dir. Zirvəsi kəskin dərə-təpəli yaylaşəkilli səthdir və burada qaz, lil, neft qabarcıqlı bulanıq su çıxan çoxlu sayda sopkalar, qrifonlar və salzalar qrupu vardır. Bəzi sopkaların hündürlüyü 3–4 m-ə çatır, salzların diametri isə 1–2 m-dir. Vulkan brekçiyası sahəsi 118 ha, orta qalınlığı 35 m, həcmi isə 412 mln m³-dur.
Daşgil palçıq vulkanı
Daşgil palçıq vulkanı — Azərbaycan Respublikasının palçıq vulkanlarından biridir. == Haqqında == Daşgil palçıq vulkanı yetərincə yastı və en dairəsi istiqamətində uzanmış yüksəklik olaraq hazırda fəaliyyət göstərən kiçik vulkanlar kateqoriyasına aid edi­lir. Tektonik cəhətdən vulkan alt pliosen süxurlarından təşkil olunmuş və uzu­nuna pozulmalarla mürəkkəbləşmiş eyniadlı antiklinalın periklinalında yer­ləşir. Onun krater sahəsində hal-hazırda fəaliyyətdə olan və intensiv surətdə qaz və az miqdarda qatı neft pərdəcikli palçıq ifraz edən 45 salz və qrifon, həmçinin bir neçə sönmüş pilpilə yerləşmişdir. Salzlar qaynayaraq, böyük miqdarda qaz bura­xır və hesablamalara görə, sutka ərzində hərəsi 700 kub.m-ə qədər qaz ifraz edir. Vulkanın krater bəndinin diametri 200, palçıq brekçiyasının sahəsi , orta qalınlığı isə, qazıma məlumatlarına görə təşkil edir. Vulka­nın yer səthinə çıxardığı palçıq brekçiyasının ümumi həcmi 260 mln. kub.m-dən çoxdur. == Mənbə == Tələt Kəngərli. Azərbaycan Respublikasının geoloji irsi.
Diləngəz palçıq vulkanı
Diləngəz palçıq vulkanı — Bakının Qaradağ rayonu ərazisində yerləşən vulkan. == Ümumi məlumat == Vulkandan cənubda Qoturdağ, şərqdə Daşgil, şimalda isə Göyərçin palçıq vulkanları yerləşir.
Dovşandağ palçıq vulkanı
Dovşandağ palçıq vulkanı - Xəzər dənizi sahilində Bəndovan burnundan şimalda yerləşir. == Ümumi məlumat == Ondan şimal-qərbdə Ağzıbir, cənub-şərqdə isə Bəndovan palçıq vulkanları yerləşir. Ağzıbir, Bəndovan və Dovşandağ palçıq vulkanları bir xətt üzrə şimal-qərbdən cənub-şərq istiqamətində uzanırlar. Şirvan Milli parkə ərazisinə daxildir.
Durovdağ palçıq vulkanı
Durovdağ palçıq vulkanı — Azərbaycanın şərqində yerləşən gözəl və aktiv olan vulkanlardan biridir. Salyan stansiyasından 16 km cənub-şərqdə yerləşmiş və nisbi hündürlüyü 30 m, nəhəng kraterinin diametri 1 km-ə kimi olan yüksəklikdir. Kraterin mərkəzi ölçüləri 700x400 m olan qabarıq-müstəvi şəklindədir. Krater sahəsində onlarla sayda sopkalar və 800-dən çox qrifonlar vardır ki, bunlardan nazik neft pərdəsi olan lilli su və qaz qabarcıqları çıxır. Vulkan brekçiyasının yayılma sahəsi 50 ha, orta qalınlıq 60 m, həcmi isə 30 mln m³-dir.
Dəmirçi palçıq vulkanı
Dəmirçi palçıq vulkanı — Azərbaycan Respublikasının Şamaxı rayonu, Dəmirçi kəndi ərazisində yerləşən palçıq vulkanı. Şamaxı-Qobustan regionunun palçıq vulkanlarında olduğu kimi bu vulkanda, yerin üzərinə çıxan axıntılarda müxtəlif növ minerallar öyrənilib, sulfatlar ˗ mirabilit, tenardit, yarozit, gips, eləcə də onların kalsium, maqnezium və dəmirlə qarışığı müəyyən edilib. Aktiv vulkanlar sırasına daxildir.
Gülbəxt palçıq vulkanı
Gülbəxt palçıq vulkanı — Bakı şəhərindən 20 km qərb-cənub-qərb istiqamətdə, Puta dəmir yolu stansiyasından 12–13 km qərbdə yerləşmişdir. Onun hüdudlarında, birincisi neft çıxışlarını, ikincisi isə vulkanın sopka və qrifonlarını əhatə edən iki qrup ayrılır. Sahənin geoloji quruluşunda Abşeron və Ağcagil mərtəbələri və Məhsuldar qat çöküntüləri iştirak edirlər. Vulkan tullantıları içərisində külli miqdarda Məhsuldar qat süxurlarının, aç miqdarda alt Kaynoçoy üçüncü dövr və üst Təbaşir çöküntülərinin qırıntıları rast gəlir. Brekçiya örtüyünün qalınlıüı mərkəç hissədə 150 m-ə, yayılma sahəsi 29 ha-a çatır. Brekçiya həcmi 22 mln. m³ təşkil edir. Vulkandan 50 m şimal-qərb istiqamətdə 2-2.5 m hündürlüklü sönmüş palçıq sopkası vardır. Ondan 10 m qərb istiqamətdə bir-birindən 10–12 m məsafədə 30-50 sm hündürlüklü qır təpələri mövcuddur. 0.8x0.8 kraterli bir salçası olan, su və qaç püskürən çıxış ətrafında qır qatı yaranmışdır.
Hamamdağ palçıq vulkanı
Hamamdağ palçıq vulkanı - Xəzər dənizi sahilində Pirsaat burnunda yerləşir. == Ümumi məlumat == Ondan cənub-qərbdə Ağzıbir, cənubda isə Bəndovan palçıq vulkanları yerləşir.
Keyrəki palçıq vulkanı
Keyrəki palçıq vulkanı — Abşeron yarımadasında, Bakıdan 12 km şimalda, Binəqədi qəsəbəsindən bir qədər aralıda yerləşir. Vulkanın şimal yamacı dik, cənub yamacı isə az meylli olan kəsik konus şəklindədir. Krater bəndi üzərində hazırda qaz və maye çıxışlar müşahidə edilir. Tektonik cəhətdən vulkan eninə, Binəqədi antiklinalının cənub qanadının tağətrafı hissəsində yerləşmişdir. Sahənin geoloji quruluşunda Oliqosen-Miosen və Pliosen kompleksi çöküntüləri iştirak edirlər. Sopka brekçiyası tərkibinin öyrənilməsi və onun dillərinin yerləşməsi 1885-1968-ci illərdə baş vermiş son səkkiz püskürmənin sərhədlərini ayırmağa imkan verir. Azərbaycanın tez-tez püskürən palçıq vulkanlarındandır. Morfologiyasına görə kiçik kraterli gümbəzşəkilli olub, mütləq hündürlüyü 146 m, nisbi hündürlüyü isə 116 m-dir. İlk dəfə vulkan 1824-cü ildə püskürmüşdür. Vulkan cəmi 17 dəfə püskürmüşdür ki, onlardan 5-i keçən əsrdə olmuşdur.
Keçəldağ palçıq vulkanı
Keçəldağ palçıq vulkanı — Abşeron yarımadasının qərbində, Ceyranbatan su anbarının şərq sahilində Sumqayıt yolunun kənarında yerləşir. Mütləq hündürlüyü 114 m-dir. 2000-ci il oktyabrın 10-da vulkanın ilk qeydə alınan püskürməsi baş verdi. Püskürmə fasilələrlə 1.5 saat davam etdi. Şahidlərin sözlərinə görə qaz alışması baş vermədən vulkan palçığı 40–50 m hündürlüyə atılırdı. Bir qədər sakitləşən vulkan axşam saat 21:00-da yenidən aktivləşərək 1 saat müddətində palçıq püskürdü. Nəticədə, vulkan ağzı ətrafında dairəvi çatlar əmələ gəldi və kraterin divarları uçularaq aşağı töküldü: vulkanın kalderaya oxşar krateri yarandı. Vulkan yer səthinə 190 min m³ vulkan brekçiyası tulladı. Brekçiya vulkanın yamacını qismən örtərək qərbə, su anbarına tərəf axaraq bəzi yerlərdə suya qarışmış və anbarın kənarında olan yarımçıq yaşayış evlərini örtmüşdü. Brekçiyanın örtdüyü sahə 3.9 ha olmuşdur.
Kürsəngi palçıq vulkanı
Kürsəngi palçıq vulkanı - Salyan rayonu, Kürsəngi kəndi ərazisində, Bakı-Salyan yolunun sağında yerləşən sönmüş palçıq vulkanı. Adının etimologiyasına dair bir çox nəzəriyyələr mövcuddur: Kürün səngidiyi yer olaraq- Kürsəngi; Kür və səng (farsca: daş, qaya) Kürsəngi-Kürdaşı olaraq və s. == Ümumi məlumat == Dağın hündürlüyü təxminən 77 metrə çatır. Palçıq vulkanı dağı Kürsəngi kəndi ərazisində yerləşir. Dağın şimal-şərq ətəklərində Yolustü kəndi yerləşir. Dağın ərazisində "Kürsəngi küp qəbirlər nekropolu" yerləşir. Dağ və kəndin ərazisi keçmişdə maldar ellərin qışlaq yeri olmuşdur..
Lökbatan palçıq vulkanı
Lökbatan palçıq vulkanı — Bakı şəhərindən 12–15 km cənub-qərb istiqamətində, Lökbatan qəsəbəsi yaxınlığında, Xəzər dənizi sahilində eyni adlı neft-mədən sahəsində yerləşən palçıq vulkanı. Püskürmələrin sayına görə "dünya rekordçusu" olan bu palçıq vulkanı Azərbaycanın ən aktiv, dünyanın isə ən aktiv 5 palçıq vulkanından biridir. Azərbaycanın fəaliyyətdə olan vulkanları içərisində ən fəallarından biri olub, təxminən hər 3-10 ildən bir püskürür. Lökbatan vulkanı Xəzər səviyyəsindən nisbi 130 m, səthdən 100 m hündürlükdə yerləşir. Vulkan oroqrafik cəhətdən zirvəsində iki günbəz şəkilli yüksəklikdən ibarətdir. Bu iki yüksəklik arasında 1887-ci ildə üçüncü dəfə püskürmədən sonra əmələ gəlmiş yüksək krater sahəsi yerləşir. 1829-cu ildən başlayaraq bu vulkan 25 dəfə püskürmüşdür. Vulkan axırıncı dəfə 2017-ci ilin may ayının 2-də püskürmüşdür. Sopka brekçiyasının əsas kütləsi sahənin qərb hissəsinə axır. Burada vulkanın əvvəlki püskürmələri nəticəsində əmələ gəlmiş ayrı-ayrı təpələr vardır.
Qalmaz palçıq vulkanı
Qalmaz palçıq vulkanı - (199 m) Azərbaycan ərazisində olan iri palçıq vulkanlarından biridir. == Ümumi məlumat == Onun konusvari gövdəsi geniş düzənlik üzərindən ucalır. Qalmaz palçıq vulkanı oval şəklində olub, şimal-qərbdən cənub-şərq istiqamətində 3,5 km-dən artıq məsafədə uzanır. Onun ən enli hissəsi 2 km-dən artıqdır. Bu vulkan Ələt Stansiyasından 13 km-ə qədər qərbdə, Pirsaatçayın sağ sahilində yerləşir. Qalmaz palçıq vulkanı eyni adlı braxiantiklinalın çatma hissəsində, uzununa və eninə istiqamətli tektonik sınmaların kəsişdiyi sahədə yerləşir. Onun püskürdüyü brekçiyalardan ən qədimi üst Yura yaşlı çöküntüləridir. Bundan əlavə həmin brekçiyada üst Təbaşir, Paleogen, orta Miosen, Pont yarusu, Məhsuldarqat, Ağcagil, Abşeron və aşağı Dördüncü dövr süxurları da iştirak edir (Ə.Ə. Yaqubov, Ə.Ə.Əlizadə, M.M.Zeynalov, 1971). Qalmaz palçıq vulkanının krater hissəsi cənub-şərqdə yerləşib, elips şəklinə yaxındır. Onun qərb hissəsində dörd, cənub və şimal hissələrində isə iki iri krater valı vardır.
Qoturdağ palçıq vulkanı
Qoturdağ palçıq vulkanı — Azərbaycan Respublikasının palçıq vulkanlarından biri. == Haqqında == Qoturdağ palçıq vulkanı Qobustan zonasını Aşağı-Kür çökəkliyindən ayıran Ələt tirəsinin suayrıcı qılıcında yerləşir və yastı yüksəklik formasında olub Xəzərin səviyyəsindən 180 metr yüksəkliyə qalxır. Vulkan pliosen-eopleystosen çöküntülərindən təşkil olunmuş eyniadlı antiklinalın tağında yerləşir və özünün eksploziv fəaliyyətinin nadirliyi ilə fərqlənir: onun mərkəzində yerləşən, hündürlüyü 6–8 m və eni 2 m-ə çatan bəndlə hüdudlanmış kraterin ağzından davamlı olaraq müxtəlif rəngli və yaşlı süxur qırıntılı qatı boz palçığın sıxılıb çıxarılması prosesi gedir. Bütün bu qatı kütlə burulmuş tıxac formasında ayrı-ayrı qollar şəklində 3–5 km uzunluğunda vulkanın şimal-şərq yamacı boyunca aşağı axır. Vulkanın qədim palçıq örtüyü təqribən 430 hektar sahəni tutur və buruq qazıma məlumatlarına görə, onun qalınlığı 40–80 m arasında dəyişərək, vulkanın mərkəzindən kənarlara doğru azalır. == İstinadlar == == Mənbə == Tələt Kəngərli. Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.
Quşxana palçıq vulkanı
Axtarma vulkanından 2 km cənubda eyni adlı neft yataüının yaxınlıüında yerləşib. Vulkan ellipsvari formada olub, əsası geniş, yamacları aç meyllidir. Onun müasir görünüşü püskürmənin qədimliyini göstərir. Kəşfiyyat qaçımasının məlumatları göstərir ki, 80–100 m qalınlıüında olan brekçiya bilavasitə Məhsuldar qatı örtür. Sahənin geoloji quruluşunda Abşeron və Aücagil çöküntüləri, habelə qırışğın taüında 600 m-dək yuyulmuş Məhsuldar qat iştirak edir. Hazırda Quşxana vulkanı sakitlik vəçiyyətdədir. Brekçiyanın tutduğu sahə 0,425 km2 -ə bərabərdir. == Mənbə == Yusifov, Elman. Bioloji müxtəliflik: Abşeron yarımadasının təbiət abidələri- Bakı : Nurlar NPM, 2007.
Quşçu palçıq vulkanı
Quşçu palçıq vulkanı — Azərbaycan Respublikasının Şamaxı rayonu, Quşçu kəndi ərazisində yerləşən palçıq vulkanı. Vulkanda son püskürmə 24 yanvar 2021-ci il tarixində qeydə alınmışdır. Bundan əvvəl, 2019-cu ilin fevralında qeyda alınan püskürmə zamanı, hansı ki, 1 dəqiqə 30 saniyə davam etmişdir, vulkanın hündürlüyü 15-20 metrə qalxıb, təqribən 2 hektar ərazini əhatə edib. "Quşçu" kiçik vulkan olsa da, aktiv vulkanlar sırasına daxildir. == Tarixi == Vulkanın ilk püskürməsi 1913-cü ildə qeydə alınıb. Quşçu vulkanı son 200 il ərzində 15 dəfə püskürüb. Ən güçlü püskürmələri 1917, 1941, 1992-ci illərdə qeydə alınmışdır. Bundan öncəki püskürməsi 2018-ci ilin yanvar ayında qeydə alınıb.
Qırməki palçıq vulkanı
Qırməki palçıq vulkanı — Balaxanı-Sabunçu-Ramana yatağından qərbdə yerləşib Qırməki silsiləsinin kümbəz vari formalı yüksəkliyini əhatə edir. Yüksəklikdən şimalda eyni adlı təpəli silsilə keçir; silsilədən şərqdə ona paralel geniş və dərin Qırməki vadisi uzanır. Silsilənin digər şaxəsi Qırməki dağının cənub tərəfindən davam edir. Hər iki şaxə cənub-şərqə dönərək Boğ-boğa vulkanının ətəklərində birləşir. Qırməki vulkanının fəaliyyəti haqqında son yüz ildə ədəbiyyatda məlumat yoxdur. Vulkan çox əsrarəngiz və nadir landşafta və olduqca zəngin bioloji müxtəlifliyə malikdir. Abşeron palçıq vulkanlarının heç biri bu qədər zəngin bitki örtüyünə malik deyildir. == Mənbə == Yusifov, Elman. Bioloji müxtəliflik: Abşeron yarımadasının təbiət abidələri- Bakı : Nurlar NPM, 2007.
засо́лка перешвырну́ть поса́сывать самого́н засва́тать засине́ться клинч компьютериза́ция нежела́тельно непра́вда отсырева́ние пои́грывать рели́квийный фасо́вочная androgynous apprehensively astrionics barefacedness fox-hunt greenwood polymerism pre-engagement soymilk verbalization нефтегазоносный